Fransanın "Renn" klubu müdafiəçisi Fetu Mauassa ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni müqavilə 2022-ci ilin yayına qədərdir. Əvvəlki anlaşmanın müddəti gələn ilin yayında başa çatacaqdı.
 
Mauassa geridə qalan mövsümdə "Renn"in heyətində 32 oyuna çıxıb, 3 qola, 2 məhsuldar ötürməyə imza atıb.
 
"Nansi"nin yetirməsi olan Mauassa, 2017-ci ildən "Renn"də çıxış edir. O, 2018/19 mövsümündə icarə əsasında "Nim"də də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest