Avropa Liqasının final oyununda "Sevilya" "İnter"ə 3:2 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda "neradzurra"nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb.
 
Bu qol Lukakunun cari mövsümdə bütün turnirlərdə vurduğu 34-cü qolu olub. Bununla da, o, "İnter"də keçirdiyi ilk mövsümdə ən çox qol vuran futbolçu olub. Bu göstəricidə o, braziliyalı Ronaldonun rekordunu təkrarlayıb.
 
Ronaldo 1997/98-ci il mövsümündə "İnter"də keçirdiyi ilk mövsümündə 34 qolla yadda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest