Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Axmat"la qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlub ayrılıb – 1:2.
 
Kamran da bu matçın iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.
 
4 turdan sonra cəmi 1 xalı olan "Ximki" 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest