"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın "Bahiya" klubunun yarımmüdafiəçisi Flavionu (Flavio Medeyros da Silva) transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
"Trabzonspor" bu transferə görə "Bahiya"ya 1 milyon 200 min avro ödəyəcəyini bəyan edib. üstəlik, futbolçunun gələcəkdə başqa bir kluba satışı zamanı əldə olunacaq məbləğin 20 faizi Braziliya klubuna ödəniləcək. Flavio özü isə Türkiyə klubunda ilinə 750 min avro qazanacaq.
 
Flavio "Vitoriya"nın yetirməsi olsa da, "Ferroviariya", "Boavişta", "Santo Andre" kimi komandalarda da oynayıb. O, 2018-ci ildən "Bahiya"nın uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest