Futbol üzrə Fransa çempionatında 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"Dijon" evdə "Anje"yə minimal hesabla uduzub. "Lill" isə "Renn"i qəbul edib. Komandalar hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçəylə ayrılıblar.
 
çempionlar Liqasında mübarizəni yarımfinalda dayandıran Lion "Olimpik"i və turnirin finalına yüksələn PSJ-nin ilk tur matçı təxirə salınıb. PSJ – "Mets" və "Monpelye" – "Olimpik" (Lion) oyunları sentyabrda keçiriləcək.
 
"Olimpik" (Marsel) – "Sent-Etyen" görüşü isə ev sahibi komandanın bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.
 
Fransa Liqa 1
1-ci tur
21 avqust
 
Bordo – Nant 0:0
 
22 avqust
 
Dijon – Anje 0:1
Qol: Traore, 22.
 
Lill – Renn 1:1
Qol: Bamba, 40 – Boey, 35.
 
23 avqust
 
15:00 Monako – Reyms
17:00 Loryen – Strasburq
17:00 Nim – Brest
19:00 Nitsa – Lans

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest