İngiltərənin "Nyukasl" klubu yarımmüdafiəçisi Metti Lonqstaffla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
20 yaşlı ingilis futbolçu klubla iki illik yeni müqaviləyə imza atıb.
 
Lonqstaff "Nyukasl"ın öz yetirməsidir. O, İngiltərənin gənclərdən ibarət yığmasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest