İngiltərənin "Arsenal" klubunda köməkçi məşqçi kimi çalışan Fredrik Lyunqberq postundan ayrılıb.
 
Matc.az xəbər verir ki, o, istefa qərarını sosial şəbəkə hesabında açıqlayıb.
 
43 yaşlı isveçli mütəxəssis məşqçilik təcrübəsini başqa klublarda daha da zənginləşdirmək üçün "Arsenal"dan ayrıldığını bəyan edib. Hələlik onun karyerasını hansı klubda davam etdirəcəyi bilinmir.
 
Qeyd edək ki, Lyunqberq futbolçu karyerası dönəmində 1998-2007-ci illər aralığında "Arsenal"da oynayıb. O, 326 oyuna çıxdığı bu komandada 2019-cu ildən də məşqçi kimi çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest