Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Dadaşovun komandası "Las Veqas Layts"la qarşılaşıb. Görüş 3:3 hesablı bərabərliklə bitib.
 
Rüfət oyuna start heyətində başlayıb və sonadək meydanda olub. 5-ci dəqiqədə fərqlənən Dadaşov, komandasının ilk qolunu vurub. O, 68-ci dəqiqədə Solomon Asantenin qolunun məhsuldar ötürməsinin də müəllifi olub.
 
9 oyuna 20 xal toplayan "Finiks Rayzinq" B  qrupunun birincisidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest