"Qarabağ"ın sabiq qapıçısı Anton Kanibolotski Ukraynada klubunu dəyişib.
 
Matc.az xəbər verir ki, 31 yaşlı qapıçı "Minay"a transfer olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kanibolotski yeni komandasında 32 nömrəli formada mübarizə aparacaq.
 
2017/18 mövsümünü "Qarabağ"da keçirən ukraynalı qapıçı son mövsümdə "Karpatı"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest