İtaliyanın "Fiorentina" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Qapıçı Simone Qhidotti və yarımmüdafiəçi Erik Pulqarın koronavirus testi müsbət çıxıb. Hər iki futbolçu karantinə alınıb.
 
İtaliyanın "Bolonya" klubunun baş məşqçisi Sinişa Mihayloviç də koronavirusa yoluxub. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan Mihayloviç iki həftə karantində qalacaq.
 
Qeyd edək ki, 51 yaşlı mütəxəssis qan xərçəngindən də əziyyət çəkir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest