Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Adam Bareyronu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Meksikanın "Monterrey" klubundan transfer edilən 24 yaşlı paraqvaylı forvardla bir illik müqavilə imzalanıb.
 
Paraqvay yığmasının da formasını geyinən futbolçu Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
 
Peşəkar karyerasına "Olimpiya"da başlayan Bayeyro, sonralar "River Pleyt", "Nasional" və "San Lorenso"da da oynayıb. O, 2018-ci ildən "Monterrey"in uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest