Türkiyənin "Dənizlispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Bosniya və Herseqovinadan olan hücumçu Muris Meşanoviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. çexiyanın "Mlada Boleslav" klubundan icarəyə götürülən futbolçu ilə bir illik müqavilə imzalanıb.
 
"Yablonets"in yetirməsi olan Meşanoviç, "Vısoçina Jihlava", "Dunayska Streda", "Slaviya" (Praqa) kimi klublarda da forma geyinib. Onu 2019-cu ildə transfer edən "Mlada Boleslav" forvardı bu ilin əvvəlində Türkiyənin digər Super Liqa təmsilçisi "Kayserispor"a da icarəyə vermişdi. Bu, Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin istəyi ilə baş tutmuşdu. Mövsümün sonunda Kayseri klubundan ayrılan və Dənizli təmsilçisinə baş məşqçi təyin olunan xorvat mütəxəssis indi də sevimli oyunçusunu "Dənizlispor"a gətirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest