İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bernli"dən Ceff Hendriki transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçiylə 4 illik müqavilə imzalanıb.
 
Hendrik İrlandiya milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest