Futbol üzrə İran kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, ilk yarımfinal görüşü Cənubi Azərbaycan təmsilçisi "Traktor"la "Naft MİS" arasında baş tutub.
 
Qarşılaşmanın taleyini bir qol həll edib. Minimal hesabla qələbə qazanan Təbriz klubu finala vəsiqə qazanıb – 1:0.
 
"Traktor" finalda "Persepolis" – "İstiqlal" matçının qalibi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest