Almaniyanın "Volfsburq" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Soşo" klubundan Maksans Lakruanı transfer edib.
 
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
20 yaşadək futbolçulardan ibarət Fransa millisinin də üzvü olan Maksans "Soşo" klubunun yetirməsidir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest