İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu yay "çelsi"dən ayrılan və azad agent statusu daşıyan Pedro Rodriqesi heyətinə cəlb edib.
 
Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb. 33 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
"Barselona"nın yetirməsi olan, bu klubla 3 dəfə UEFA çempionlar Liqasının qalibi adını qazanan Pedro, son beş mövsümü "çelsi"də keçirib. Təcrübəli yarımmüdafiəçi İspaniya millisi ilə Dç-2010 və Aç-2012-nin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest