Futbol üzrə UEFA Gənclər Liqasının qalibi məlum olub.
 
Matc.az xəbər verir ki, finalda Madrid "Real"ı ilə Portuqaliyanın "Benfika" klubu üz-üzə gəlib.
 
Görüş İsveçrənin Nyon şəhərindəki Kolovrey İdman Mərkəzinin stadionunda keçirilib. 
 
Beş qolun qeydə alındığı matçda İspaniya nəhəngi daha güclü olub. 3:2 hesablı qələbəyə sevinən Madrid təmsilçisi tarixində ilk dəfə UEFA Gənclər Liqasının qalibi olub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest