İspaniya La Liqasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib. Matç.z saytı xəbər verir ki, "Marca" bu dəfə "Real"ın hücumçusu Kərim Benzemanı fərqləndirib.

30 yaşlı forvard ay ərzində meydana çıxdığı 4 matçda ümumilikdə 1 qol, 2 məhsuldar ötürmə etməklə bu ada layiq görülüb. "Real" isə bu oyunlarda "Valyadolid" (2:0), "Selta" (4:2) və "Valensiyaya" (2:0) qalib gəlib, "Eybar"a isə (0:3) məğlub olub.

ümumilikd bu mövsüm Benzema 21 oyunda 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. 14 turda 23 xal toplayan "Real" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest