"Futbolçulara öz oyunumuzu göstərməyi və xarakter nümayiş etdirməli olduqlarını bildirdim. Onlardan yaxşı oyun gözləyirəm. Yalnız bu halda qələbə qazana bilərik"

"Məşqimiz yaxşı keçdi, iki həftədən çoxdur hazırlaşırıq. "Keşlə" ilə qarşılaşacağımız stadiona uyğunlaşmağa çalışdıq".

Matc.az xəbər verir ki, bu sözləri "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Laçi" komandasının baş məşqçisi Armando Kunqu görüş barədə "Panarama" nəşrinə müsahibəsi zamanı deyib. 47 yaşlı mütəxəssis komandasına inandığını açıqlayıb:

"Futbolçulara öz oyunumuzu göstərməyi və xarakter nümayiş etdirməli olduqlarını bildirdim. Onlardan yaxşı oyun gözləyirəm. Yalnız bu halda qələbə qazana bilərik. "Keşlə"nin güclü tərəfləri ilə yanaşı, zəif yanları da var. Ancaq unutmayın ki, komandamız kollektiv şəkildə güclüdür və bu özəlliyi ilə fərqlənir".

Kunqu "Qarabağ"ın albaniyalı sabiq futbolçusu Ansi Aqollidən hansısa məlumat almasına da münasibət bildirib: "Bu idmançıya təşəkkür edirəm. Aqolli hər zaman dostlarına kömək etməyə hazırdır. O, qürur hissi keçirdiyimiz albaniyalıdır".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest