"Tottenhem"in futbolçusu Tayqi Ndombele koronavirusa yoluxub. Matc.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, oyunçunun testi müsbət cavab verib.

Məlumata görə, 23 yaşlı oyunçu dərhal iki həftəlik karantinə alınıb.  Futbolçu bu səbəbdən Fransa millisinin sentyabrın 5-də İsveç və 8-də Xorvatiya yığması ilə oyunlarına çağırılmayıb.

Ndombele ötən mövsüm London klubunun heyətində 29 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest