"Barselona"nın prezidenti Xosep Bartomeu "Atletiko"nun gənc ulduzu Joua Feliksi transfer etmək niyyətində olub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbəri portuqaliyalı futbolçunu almaq üçün Antuan Qrizmannı da müqaviləyə daxil etmək istəyib.

Məlumata görə, Katalonya təmsilçisi Madrid klubuna Feliks üçün fransalı forvardı və bir miqdar pul təklif edib. Ancaq qarşı tərəf bununla razılaşmayıb.

İspaniya mətbuatında yer alan bir başqa iddia isə Qrizmannın komandadan ayrılacağı yönündədir. 29 yaşlı futbolçunun agenti daha öncə onun "Barselona"dan getmək fikrinin olmadığını açıqlamışdı. Ancaq klubda yaşanan son hadisələrin fransalı futbolçunun qərarını dəyişdirməsinə səbəb olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest