Ötən ilin yayında 29 yaşlı futbolçunu "Qəbələ"yə gətirən menecer Con Veldman mövsüm başa çatdıqdan sonra yeni klub axtarışına çıxıb. "Qəbələ"dən ayrılmalı olan futbolçu "Tvente" və "Den Haq"a təklif olunsa da, danışıqlar baş tutmamışdı.

"Qəbələ"nin sabiq futbolçusu Dion Malone ziyana düşüb. Matç.az saytının Hollandiya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi keçmiş menecerinə kompensasiya ödəməli olub.

Məsələ burasındadı ki, ötən ilin yayında 29 yaşlı futbolçunu "Qəbələ"yə gətirən menecer Con Veldman mövsüm başa çatdıqdan sonra yeni klub axtarışına çıxıb. "Qəbələ"dən ayrılmalı olan futbolçu "Tvente" və "Den Haq"a təklif olunsa da, danışıqlar baş tutmamışdı. Sonradan 12 ildi birlikdə çalışdığı menecerlə yollarını ayıran Malone özü "Den Haq"la danışıq aparıb və razılaşıb. Adıçəkilən klubla ilk danışığı aparan Veldman isə onu məhkəməyə verib. Məhkəmənin qərarına görə yarımmüdafiəçi sabiq menecerinə 10 min avro təzminat ödəyib.

Qeyd edək ki, Dion Malone ötən mövsüm "Qəbələ"nin heyətində 20 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest