Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Dadaşovun komandası səfərdə "Reno"yla qarşılaşıb. Görüş "Finiks Rayzinq"in 1:2 hesablı məğlubiyyəti ilə bitib.
 
Rüfət də bu matçın iştirakçısı olub. Qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil olan Dadaşov, 77-ci dəqiqə komandasının yeganə qoluna imza atıb.
 
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 7 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 20 xal toplayan "Finiks Rayzinq" isə B  qrupunun birincisidir.
 
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest