AFFA-nın İcraiyyə Komitəsinin sabah keçiriləcək növbəti iclasında Azərbaycan milli komandalarının 2018-ci ildəki çıxışı müzakirə olunacaq. Matç.az saytı əsas yığmanın bitməkdə olan illə bağlı yekunları hazırlayıb.

2018-ci ildə millimizi baş məşqçi kimi 12 oyuna çıxaran Qurban Qurbanov bu matçlarında 34 futbolçuya güvənib. Yalnız iki oyunçu bütün görüşlərdə iştirak edib. Bunlar Maksim Medvedevlə Qara Qarayevdi. Lakin onlardan heç biri həmin qarşılaşmaları əvəzolinmadan keçirməyib. Meydanda keçirilən dəqiqə baxımından Maksim komanda yoldaşını qabaqlayır. Vaxtilə AFFA-nın təsis etdiyi ən çox oynayan futbolçu mükafatı bir neçə il əvvəl ləğv edilməsəydi, məhs Medvedev buna layiq görülərdi.

Əvəzolunmazı olmayan yığmamızda 4 futbolçu 10 görüşə çıxıb. Kamran Ağayev, Pavel Paşayev, Mahir Mədətov və Dmitri Nazarov hərəyə iki matçı buraxıb. "34-lük"dən altısı cəmi 1 dəfə şans qazanıb.

2018-ci ildə 9 futbolçu millidə qol sevinci yaşayıb. Yığmanın bombardiri Riçard Almeydadı. Milliləşən legioner 3 dəfə rəqib qapısına yol tapıb. Dmitri Nazarovla Mahir Mədətov isə 2 dəfə fərqlənib.

İl ərzində yığmanın 11 üzvü vərəqə ilə cəzalanıb. Qara Qarayev "antirekordçudu. O, 3 dəfə cəzalanıb. Təmkin Xəlilzadə, Dmitri Nazarov və Riçard Almeydanın hərəyə iki xəbərdarlığı var. Futbolçularımız bu il qırmızı vərəqə almayıb.

2018-ci ildə həm yığmamız, həm də rəqibləri 2 penalti imkanı qazanıb. Riçard Almeydanın hər iki vuruşu dəqiq olubsa, Kamran Ağayev də rəqib zərbələri qarşısında aciz qalıb.

Yığmamızın il ərzində keçirdiyi oyunlarda bir avtoqol qeydə alınıb. Yeganə uğursuz Maksim Medvedevdi. O, Belarusla Bakıdakı matçda (0:1) qapıları səhv salıb.

Millimiz 2018-ci ildə

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Maksim Medvedev

12

1035

2

1

0

Qara Qarayev

12

1002

0

3

0

Kamran Ağayev

10

855

-8

0

0

Pavel Paşayev

10

748

0

0

0

Mahir Mədətov

10

707

2

0

0

Dmitri Nazarov

10

653

2

2

0

Riçard Almeyda

9

790

3

2

0

Cavid İmamverdiyev

9

342

1

1

0

Araz Abdullayev

8

648

1

1

0

Təmkin Xəlilzadə

8

487

1

2

0

Bədavi Hüseynov

7

549

0

0

0

ürfan Abbsov

7

454

1

0

0

Ruslan Qurbanov

7

343

0

0

0

Emin Mahmudov

7

306

1

0

0

Rahil Məmmədov

7

234

0

1

0

Ruslan Abışov

6

514

0

0

0

Ramil Şeydayev

6

276

0

0

0

Namiq Ələsgərov

5

317

0

0

0

Coşqun Diniyev

5

149

0

0

0

Rüfət Dadaşov

4

303

0

1

0

Rəhman Hacıyev

4

51

0

0

0

Səlahət Ağayev

3

225

-4

0

0

Amil Yunanov

3

136

0

0

0

Cavid Hüseynov

2

153

0

0

0

Tural Axundov

2

120

0

0

0

Rauf Əliyev

2

84

0

0

0

Əfran İsmayılov

2

68

0

0

0

Mirabdulla Abbasov

2

39

0

0

0

Abbas Hüseynov

1

90

0

1

0

Şəhriyar Rəhimov

1

73

0

1

0

Rahid Əmirquliyev

1

61

0

0

0

İlqar Qurbanov

1

45

0

0

0

Rəşad Eyyubov

1

12

0

0

0

Asif Məmmədov

1

11

0

0

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest