Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 28-ci turda "Əl-Həzm"i 4:1 hesabıyla məğlub edən "Əl-Hilal" sona iki tur qalmış çempionluğunu elan edib. 
 
Komanda ən yaxın izləyicisi "Əl-Nəsr"i 6 xal qabaqlayaraq, rəqibi üçün əlçatmaz olub və 16-cı çempionluğunu rəsmiləşdirib.
 
"Əl-Hilal"ın "Əl-Həzm"i 4:1 hesabıyla mığlub etdiyi oyunda sabiq "Qalatasaray"lı Bafetimbi Qomis het-trik edib.
 
2017/18 mövsümünü "Qalatasaray"da keçirən Qomis, 2018-ci ilin avqustundan "Əl-Hilal"dadır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest