"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Bakıda təşkil olunan hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
 
Əyalət təmsilçisi "Səbail"lə üz-üzə gəlib. Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutub. Baş məşqçi Elmar Baxşıyev bu görüşdə aşağıdakı "11-liy"ə şans verib:
 
Tərlan Əhmədli, Sadiq Quliyev, Yusif Nəbiyev, Yurgen Qoxa, Rasim Ramaldanov, Qismət Alıyev, Asif Məmmədov, Cavid Hüseynov, Roman Hüseynov, ülvi İsgəndərov, Stefan Vukçeviç.
 
Görüşün ilk yarısı qarşılıqlı hücumlar şəraitində keçirib. Lakin komandalardan heç biri fərqlənməyə nail olmayıb. Fasilədə və ikinci hissədə hər iki komandada oyunçu dəyişiklikləri baş verib. "Qırmızı-qaralar"ın heyətində Nikolas Raysel, Rodriqo Qattas, Merab Giqauri, Yaovi Akakpo, Samir Qurbanov meydana daxil olub. Qarşılaşmadakı yeganə qola da sonradan meydana daxil olan Raysel imza atıb. Onun 75-ci dəqiqədə penaltidən vurduğu top "qırmızı-qaralar"a minimal hesablı qələbə qazandırıb.
 
Xatırladaq ki, "Qəbələ" Azərbaycan Premyer Liqasında növbəti oyununu sentyabrın 13-də "Sabah"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest