İngiltərənin "Haddersfild" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, çempionşip təmsilçisi "Mançester Yunayted"dən Joel Pereyranı heyətinə qatıb.
 
Bu barədə "Haddersfild"in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı qapıçı 2020/21 mövsümünü icarə əsasında çempionşip klubunda keçirəcək.
 
"Mançester Yunayted"in yetirməsi olan portuqal qapıçı "qırmızı şeytanlar"ın əsas komandasıyla 1 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest