Türkiyənin "Ərzurumspor" klubunda daha iki futbolçunun koronavirus testi müsbət nəticə verib.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Adları açıqlanmayan həmin futbolçular dərhal karantinə alınıb və müalicələrinə start veriliib.
 
Xatırladaq ki, "Ərzurumspor" bundan öncə daha iki futbolçusunda koronavirus aşkarlandığını açıqlamşdı. Onlardan birinin adı gizlin saxlanılsa da, digərinin yeni transfer Arturo Mina olduğu bildirilmişdi.
 
Yeri gəlmişkən, Ərzurum təmsilçisi heyətinə daha bir futbolçu cəlb edib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, kamerunlu yarımmüdafiəçi Petrus Bumal yeni mövsümdən bu komandada oynayacaq. Son olaraq Rusiyanın "Ural" (Yekaterinburq) klubunun uğurları üçün çalışmış 27 yaşlı futbolçu, daha öncə "Soşo", "Liteks", çSKA (Sofiya) kimi komandalarda da oynayıb. Dayaq yarımmüdafiəçisinin "Ərzurumspor"la müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest