İsveçli hücumçu Zlatan İbrahimoviç yeni mövsümdə də "Milan"da qalacaq.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi 38 yaşlı futbolçunu daha bir il komandada qalmağa razı sala bilib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya mətbuatının iddiasına görə, İbrahimoviç qarşıdakı bir il ərzində təxminən 7 milyon avro qazanacaq.
 
"Qırmızı-qaralar"ın rəsmi saytına müsahibə də verən futbolçu yeni müqavilə ilə bağlı bunları söyləyib:
 
"özümü evimdə hiss etdiyim yerə geri qayıtdım. İndi nəticələri almaq vaxtıdır. Mən buraya maskot olmaq üçün deyil, "Milan"ı layiq olduğu yerə qaytarmaq üçün qayıtdım. Son 6 ayda yaxşı oyun sərgilədik, amma kubok qazana bilmədik. Bu dəfə də bunun üçün mübarizə aparacağıq".
 
Bu ilin yanvar ayından "Milan"ın uğurları üçün çalışan İbrahimoviçin müqaviləsi avqustun sonuna qədər idi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 18 oyunda 10 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest