"Azərbaycanda ilk dəqiqədən sonra qədər mübarizə aparan hər kəs bu uğurun memarıdır. Bütün komanda əsl fədakarlıq göstərdi".

"Laçi"nin qapıçısı Alen Şerri Albaniya mətbuatına müsahibəsində Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə" üzərində qazanılan qələbəni dəyərləndirib. Matc.az həmin müsahibəni təqdim edir:

- "Laçi"dəki ilk rəsmi oyununuzda qəhrəman oldunuz. özünüzü necə hiss edirsiniz?

- Azərbaycanda ilk dəqiqədən sonra qədər mübarizə aparan hər kəs bu uğurun memarıdır. Bütün komanda əsl fədakarlıq göstərdi. Penaltilər seriyasında nə etməli olduğumu bilirdim. Bunun üçün özümü çox xoşbəxt hiss edirəm.

- Matçın əlavə vaxta getməsi sizi çox yordu?

- Meydanda azlıqda qaldıqdan sonra işimiz çətinləşdi. Dəqiqələr keçdikcə yorğunluq artırdı. Ancaq komanda yoldaşlarıma deyirdim ki, oyunu penaltilər seriyasına qalsa, qalib gələcəyik.

- Penaltilər seriyasında nə düşündünüz?

- Bizim gecəmiz olduğunu düşünürdüm. çünki bunun üçün çox çalışmışdıq və başqa cür olmaq şansı yox idi. Penaltilər seriyasında qalib gələcəyimizə əmin idim. "Vlajniya"dan yaxşı tanıdığım Silvio Juniorun zərbəsini qaytaracağıma ümid etsəm də, alınmadı. Yenə də son penaltini qaytarmağı bacardım.

- "Keşlə" ilə oyundan sonra Bakıda qaldınız, yoxsa dərhal geri döndünüz?

- Matçdan sonra Azərbaycan vaxtı ilə saat 2-də uçmalı idik. Bu üzdən çox vaxtımız olmadı. Axşam yeməyini yedik və birbaşa hava limanına yollandıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest