"Arsenal"la bağlı şok video gündəmi zəbt edib. Matç.az saytının "Sun" nəşrinə istinadən məlumatına görə, futbolçuların narkotik tərkibli maddədən istifadə etdikləri üzə çıxıb.

Belə ki, Məsut özil, Şkodran Mustafi, Pyerr-Emerik Obameyanq, Henrik Mxitaryan, Aleksandr Lyakazett, Sead Kolaşinaç və Matteo Qenduzinin də aralarında olduğu 12 futbolçu mövsümöncəsi bir əyləncə mərkəzini bağladıb, 70 qadınla birlikdə səhərə qədər əylənib. Yayılan videoda oyunçuların spirtli içkilərdən, siqaretlərdən, hətta narkotik tərkibli maddədən istifadə etdiyi görünür. Onlar "Hippy Crack" adlı azot protoksidi (şənləndirici qaz) şar vasitəsilə nəfəslərinə çəkiblər.

Bunun təsirinə düşən futbolçuların bəziləri rəqs edib, bəziləri isə huşunu itirib. Xüsusən də, gənc Qenduzi ətrafdakıların köməyi ilə özünə gəlib. Yalnız Mxitaryan və Mustafi şənləndirici qazdan istifadə etməyib.

Hadisənin şahidlərindən biri həmin gecəni belə izah edib: "Narkotik maddənin təsirindən özlərində deyildilər. Məsut özil şarın içindəkini dərin nəfəslə çəkdikdən sonra huşunu itirmiş kimi oldu. Qıvrımsaç futbolçu (Qenduzi) isə daha pis vəziyyətə düşdü, özündən getdi. Belə önəmli futbolçuların bu cür təhlükəli əməllərə əl atmaları inanılmazdı. Azarkeşlər və baş məşqçiləri bunu görsəydilər, qorxunc sonluq ortaya çıxardı".

Qeyd edək ki, Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Arsenal" son matçını dekabrın 13-də məhz Azərbaycan təmsilçisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest