Dünən start götürən Azərbaycan kubokunun 2018/19 mövsümünün ilk qolunun müəllifi Bəxtiyar Soltanov olub. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Sabah"ın 29 yaşlı yarımmüdafiəçisi "Ağsu" ilə səfər oyununda hesabı açıb.

Ağsuda keçirilən görüşün 6-cı dəqiqəsində vurulan bu top həm də klubun tarixinə düşüb. Bu, paytaxt təmsilçisinin tarixində Azərbaycan kubokunda vurulan ilk qol olub.

"Ağsu"nu 3:0 hesabı ilə məğlub edən "Sabah" ölkə kubokunda özünün ilk qələbəsinə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest