Argentinanın "Boka Xuniors" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Buenos-Ayres təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, avqustun 18, 21 və 26-da bütün komanda üzvlərindən götürülən testlər mənfi nəticə verib. Avqustun 28-də isə bəzi futbolçularda koronavirus simptomları müşahidə olunduğu üçün, komanda yenidən testdən keçirilib. Nəticədə koronavirusa yoluxma halları qeydə alınıb və bu üzdən bütün kollektiv 72 saatlıq karantinə alınıb, bütün məşqlər dayandırılıb. Karantin müddəti bitdikdən sonra oyunçular yenidən testdən keçəcək.
 
Paytaxt klubu sentyabrın 17-də Libertadores kubokunda Paraqvayın "Libertad" klubu ilə qarşılaşmalıdır. Klub o vaxta qədər heyəti qura bilməsə, texniki məğlubiyyətlə üzləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest