Uruqvayın "Penyarol" klubu baş məşqçisi Dieqo Forlanla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Forlanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu baş məşqçi postunda Mario Sapaleqi əvəzləyib.
 
41 yaşlı məşqçi 2019-cu ilin dekabrından "Penyarol"u çalışdırırdı.
 
Futbolçu karyerası ərzində "Mançester Yunayted", "İnter", "Atletiko" kimi klublarda çıxış edən Forlan, Uruqvay millisində də 112 oyuna çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest