Futbol üzrə Lüksemburq yığması UEFA Millətlər Liqasının Azərbaycanla oyunu öncəsi ciddi itkilərlə üzləşib.
 
Matc.az "Wort.lu" saytına istinadən xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vinsent Till Almaniyanın 3-cü liqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib.
 
20-ci dəqiqədə meydanı tərk edən hücumameylli yarımmüdafiəçinin sentyabrın 5-də Bakıdakı görüşdə oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı oyunçu ilə yanaşı, portuqaliya əsilli Jerson Rodriqes də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.
 
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest