Lüksemburq millisi Azərbaycanla oyunu öncəsi ciddi itki ilə üzləşib. Matc.az "Wort.lu" saytına istinadən xəbər verir ki, yığmanın aparıcı futbolçularından Vinsent Till Almaniyanın III liqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib.

20 yaşlı futbolçunun yığmamıza qarşı oynamayacağı ehtimal edilir. Tillə yanaşı, portuqaliya əsilli Jerson Rodriqeş də xəstə olduğu üçün qarşıdakı matçı buraxa bilər.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunun ilk turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan millisi 3 gün sonra səfərdə Kiprin qonağı olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest