"Barselona"nın hücumçusu Lionel Messinin atası Jorge Messi İspaniyaya gəlib. Matc.az xəbər verir ki, o, klubun prezidenti Xosep Batomeu ilə görüşəcək.

Ata Messi hava limanında jurnalistlərə qısa açıqlama verib. O, Leonun Pep Qvardiola ilə görüşdüyü xəbərlərini təkzib edib.

Xatırladaq ki, argentinalı hücumçu "Barselona"dan ayrılmaq istəyir. 33 yaşlı futbolçunun İgiltərənin "Mançester Siti" klubu ilə razılığa gəldiyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest