Bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Aktürkoğlu "Qalatasaray"dakı ilk mövsümündə 850 min, 2021/22 mövsümündə 900 min, 2022/23 və 2023/24 mövsümlərində isə 950 min TL qazanacaq.

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan İstanbul təmsilçisi aşağı liqada çıxış edən "Ərzincanspor"dan ayrılan Məhəmməd Kərəm Aktürkoğlunu transfer edib.
 
Bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Aktürkoğlu "Qalatasaray"dakı ilk mövsümündə 850 min, 2021/22 mövsümündə 900 min, 2022/23 və 2023/24 mövsümlərində isə 950 min TL qazanacaq. 
 
Qeyd edək ki, sentyabrın 17-də Bakıda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest