Yarımmüdafiəçi Edqar Paçeko ilə yollar ayrılıb. Meksikalı futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib.

"Səbail" klubunda ayrılıq baş verib. Matç.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Edqar Paçeko ilə yollar ayrılıb. Meksikalı futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. 28 yaşlı oyunçuya azad agent statusu verilib.

Qeyd edək ki, Edqar Paçeko "Səbail"ə bu ilin yayında Kiprin "Doxa Katokopias" klubundan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest