İtaliyanın "Sampdoriya" klubu hücumçusu Federiko Bonatsoli ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verri ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 
 
"İnter"in yetirməsi olan Bonatsoli 2015-ci ildən "Sampdoriya"dadır. Lakin o, müxtəlif vaxtlarda "Lançano", "Breşiya", SPAL və "Padova" kimi klublarda icarədə də oynayıb. 
 
"Sampdoriya" heyətinə yeni futbolçu da cəlb edib. Klubun rəsmi saytı "Kremoneze"nin qapıçısı Nikola Ravalyanın transfer olunduğunu və onunla 2 illik müqavilə imzalandığını açıqlayıb. 31 yaşlı italyan qolkiper daha öncə "çezena", SPAL, "Parma" kimi klublarda da forma geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest