Millətlər Liqasında sabah Lüksemburqla qarşılşacaq Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.

-Siz 3 il, oyunçular isə 6 aydır futboldan kənardır. Hansınız futbol üçün daha çox darıxmısınız?

-  Mənim baxımdan heç bir problem yoxdu. İşləməyə başlayanda, komandaya hər şeyimi verə bilirəm. Təbii ki, futbolsuz darıxıdırıcıdı. Ancaq bu mənim üçün yeni stimuldu. Dekabrda A Seriyası klubundan təklif alsam da, rədd etdim. çünki Azərbaycan millisinin təklifi daha cəlbedicidi. Oyunçuların da futbolsuz qalması yaxşı deyil. Elə siz jurnalisltər də darırxırsınız. ümid edirəm ki, bu tez vaxtda başa çatacaq.

- Oyunçulardan gözləntiniz nədi?

- Biz çox işləməsək də, bütün millilər kimi çalışmışıq. 26 gün öncə Bakıya gəlmişəm. Hər gün 18 saat çalışmışıq. Oyunçuları tanımaq istəmişik. Bu 9 gündə cəmi 12 məşq olub. Bu gün balaca hazırlıq olacaq. 9 gündə onları inandırmağa çalışmışıq ki, nəyəsə nail olmaq üçün işləməliyik.

- Lüksemburqu Millətlər Liqası turnirində sürpriz edəcək komanda kimi görürsünüz?

- Onu deyim ki, biz qruqda reytinqə görə 4-cü komandayıq. Rəqib son illərdə çox inkişaf edib. Onlara hörmət edirik, ancaq yaxşı mübarizə aparamağa çalışacağıq.

- Heyətə çağırılan futbolçular arasında uzunmüddətli oynamayanlar var. Onlar komandaya necə kömək edəcək?

- Mən Bakıya 26 gün öncə gəlmişəm. Biz köməkçilərlə iki aydı analiz edirik. Mənə vacib olan 26 oyunçunu görməkdi. Onların münasibətini, istəklərini görmək istəyirəm.

- Maraqlıdı, Elvin Bədəlovu harda görüb, bəyənmisiniz?

- "Sumqayıt" – "Keşlə" oyununda.

- Yığmada çalışan baş məşqçilər özlərini azarkeşlərə sevdirə bilməyiblər. Bu baxımdan özünüzdən əvvəlki çalışdırıcıların hansı səhvləri etdiyini analiz etmisiniz?

- Əvvəla deyim ki, Azərbaycanın bütün oyunlarına baxmışam. özüm üçün müəyyən ideyalarım var. Təəssüf ki, vaxt azdı. Ancaq sabah nəticə önəmlidi. Yoxlama görüşü keçirmək istəsək də, alınmadı.  İnsan özünü ancaq qalib gəlməklə sevdirə bilər. İlk növbədə güclü komanda yaratmaq lazımdı. Oyunçular komanda yoldaşlarına görə ölməyə hazır olmalıdı. Onları motivasiya etməliyik. Məqsədimiz qrupda birinci yeri tutmaqdı. Ancaq reytinqdə onlardan geridəyik.

- Milli komanda ilə bir neçə məşq keçmisiniz. Hansı 3 məqamı düzəltməliyik?

- İlk növbədə mentalitet və taktiki irəliləyiş olmalıdı. Bir də həyatda məqsədin varsa, buna nail olacaqsan, oyunçuları buna inandırmaq lazımdı.

- Sıx qrafikdə oynayanda çətinlik çəkirik. Bunu necə dəyərələndirisiniz?

- Bütün dünya belə oynayır. Deməli, biz dəyişməliyik. Ancaq ilk görüşdə qələbə qazansaq, daha yaxşı hazırlaşmaq olur.


 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest