"Yeni baş məşqçi gəlib və son bir həftədə intensiv məşq keçmişik. Baş məşqçimiz qısa zamanda bizə doğruları verməyə çalışdı. Durum elədi ki, artıq 30 yaşım var. Təcrübəliyəm və belə sıx qrafikdən necə çıxacağımı bilirəm"

Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ın futbolçuları sıx qrafiklə oynayırlar. Sabahkı görüşə fiziki cəhətdən necə hazırsız? 

- Düzdü, qrafik sıx ola bilər, amma indi millinin düşərgəsindəyik. Yeni baş məşqçi gəlib və son bir həftədə intensiv məşq keçmişik. Baş məşqçimiz qısa zamanda bizə doğruları verməyə çalışdı. Durum elədi ki, artıq 30 yaşım var. Təcrübəliyəm və belə sıx qrafikdən necə çıxacağımı bilirəm.

- Xəbərlər yayılıb ki, millinin futbolçuları baş məşqçinin intensiv məşqindən narazıdı...

- Hansısa futbolçu öz narazılığını baş məşqçiyə deməyib. Bu, peşəkar futbolçuya yaraşmayan hərəkətdi. Komandanın problemləri var və bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Uşaqlar arasında narazılıq yoxdu. Futbolçularla da danışırıq, bu xəbərlərin haradan çıxması, bizə də maraqlıdı.

- Lüksemburq klublarına qarşı oyunlarınız çox olub. İndi də bu milliyə qarşı oyanayacaqsız. Şansları necə dəyərləndirirsiz?

- Lüksemburq millisi və klubları tam fərqlidi. Lüksemburq millisində oynayan əksər futbolçular legionerdi, 2-3-ü yerli çempionatda çıxış edir. Klublarla millinin müqayisə etmək düzgün olmaz. Oyuna hazırıq. Mən deməzdim ki, bizim heyətimiz zəifdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest