İngiltərənin "Vest Bromviç" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Uiqan"dan Sedrik Kipreni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçiylə 4 illik müqavilə imzalanıb.
 
Fil Dişi Sahilindən olan Kipre, 2018-ci ildən "Uiqan"da çıxış edirdi. O, daha öncə "Lester Siti, "Corbi Taun", "Motervell" klublarının da formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest