Türkiyənin "Beşiktaş" klubu futbolçusu Enzo Roko ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
28 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
çilili futbolçu 2018-ci ilin yayından "Beşiktaş"da forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest