İngiltərənin "çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, London təmsilçisi "Berton Albion"un 17 yaşlı qapıçısı Teddi Şerman-Lounu transfer edib.
 
Bu barədə "zadəganlar"ın mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma qapıçının növbəti mövsümdə icarə əsasında "Berton Albion"da çıxış edəcəyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "çelsi" bu yay Hakim Ziyex, Timo Verner, Malanq Sarr, Tyaqo Silva, Ben çiluell və Kay Havertsi də heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest