"Azərbaycanla matça hazırlıq bərpa və fitneslə başladı. Bu oyunda yalnız qələbə qazanmağı düşünürük"

Kipr Futbol Federasiyasının rəsmisi Konstantinos Siambullis Nikolas İoannunun heyətədn çıxarılması barədə danışıb. Matc.az xəbər verir ki, o, futbolçunun özünü yaxşı hiss etmədiyini bildirib.

Federasiya rəsmisi baş məşqçinin və qurumun İoannu ilə bağlı qərarı Azərbaycanla matçdan sonra verəcəyini söyləyib.

Siambullis II turda Azərbaycana qarşı keçirəcəkləri qarşılaşmada yalnız 3 xal üçün mübarizə aparacaqlarını açıqlayıb:

"Azərbaycanla matça hazırlıq bərpa və fitneslə başladı. Bu oyunda yalnız qələbə qazanmağı düşünürük. Vəziyyəti dəyişdirməyə və yaxşı şərtlərlə davam etməyə çalışacağıq".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest