"Qəbələ" heyətinə yeni futbolçu qatıb.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" xorvat müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına "Koprivinitsa"da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə "Slaven"ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015/16 mövsümündə Xorvatiya kubokunun finalçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest