İngiltərənin "çelsi" klubu futbolçusu İtan Ampadunu icarəyə verib.
 
Matc.az xəbər verir ki, 19 yaşlı müdafiəçi 2020/21 mövsümünü "Şeffild Yunayted" klubunda keçirəcək.
 
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.
 
2017-ci ildən "çelsi"də çıxış edən Ampadu, son mövsümdə Almaniyanın "Leyptsiq" klubunda forma geyinib. Müdafiəçi Uels milli komandasının da üzvüdür. Ampadu yığmada 13 oyuna çıxıb.
 
"Şeffild Yunayted" Ampadu ilə yanaşı, heyətinə daha iki futbolçu cəlb edib. Premyer Liqa təmsilçisi "Derbi Kaunti"nin müdafiəçiləri Ceyden Boql və Maks Lounu da transfer edib. Onların hər ikisi ilə 4 illik müqavilə imzalanıb.
 
Boql 2016-cı ildən "Derbu Kaunti"də çıxıış edirdi. 20 yaşlı müdafiəçi 2018-ci ildən etibarən bu klubun əsas komandasında forma geyinirdi. İngiltərənin U-20 yığmasının da üzvü olan futbolçu, "Derbi Kaunti"də 100-ə yaxın rəsmi oyun keçirib.
 
23 yaşlı Lou isə 2013-cü ildən "Derbi Kaunti"də oynayır. O, son illərdə icarə əsasında "Şrusberi Taun" və "Aberdin"də icarədə də çıxış edib. Maks da İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinib.
 
Sonda onu da qeyd edək ki, Ampadu "Şeffild Yunayted"də "22", Boql "20", Lou "13" nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest