İspaniyanın "Atletiko" (Madrid) klubu belçikalı futbolçu Yannik Karraskonu yenidən heyətinə qaytarıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Monako"nun yetirməsi olan Karrasko "Atletiko"ya ilk dəfə 2015-ci ildə transfer olunub. 2018-ci ildə isə Madrid təmsilçisi onu çinin "Dalyan" klubuna satıb. Belçika yığmasının üzvü bu ilin əvvəlində yenidən "Atletiko"ya qayıtmışdı. Madrid təmsilçisi onu yarım illik icarəyə götürmüşdü. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest