"Atletiko" "Barselona"nın forvardı Luis Suaresi transfer etməkdə israrlıdır. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, Madrid klubu uruqvaylı forvardın agenti ilə əlaqə saxlayıb.

Bildirilir ki, "Ateltiko" 33 yaşlı hücumçuya "Yuventus"un ödədiyindən daha artıq maaş təklif edib. Ancaq buna rəğmən, Suaresin Turin klubunu seçəcəyi ehtimal edilir. çünki futbolçu A Seriyası təmsilçisini daha iddialı komanda görür.

Xatrıladaq ki, Turin klubu  təcrübəli fovarda 2+1 illik müqavilə və ildə 10 milyon avro maaş təklif edib.

Suares ötən mövsüm La Liqada 28 oyuna 16 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest